Bizimsesimiz.info  // Rusiya 60 ABŞ diplomatını ölkədən çıxarır.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov  ABŞ-ın Sankt Peterburq Konsulluğunu bağlayaraq, amerikalı 60 diplomatı ölkədən çıxaracaqlarını açıqladı.

Qeyd edək ki, onlara aprelin 5-dək ölkə ərazisini tərk etmələrinə vaxt qoyulub.

Ölkədən çıxarılan diplomatlardan 58-nin ABŞ-ın Moskvadakı səfirliyinin əməkdaşı, 2 nəfərin isə Yekaterinburqdakı Baş konsulluğunun işçisi olduğu bildirilir.

Bundan əvvəl qeyd edilmişdi ki,  Rusiya ABŞ-ın “Skripal işi” ilə əlaqədar atdığı addımlara cavab olaraq, bu ölkənin Sankt Peterburqdakı Baş konsulluğunu bağlayır.

ABŞ bundan əvvəl Rusiyanın 60 diplomatını ölkədən çıxarıb və Rusiyanın Sietldəki Baş konsulluğunu bağlayıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here