Rusiyanın Suriyadakı səfirliyi atəşə tutulub

Bizimsesimiz.info  // Rusiyanın Suriyadakı səfirliyi atəşə tutulub.

“Report” Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, diplomatik missiyanın əməkdaşları arasında xəsarət alanlar yoxdur.

“Noyabrın 20-də Suriyanın paytaxtı Dəməşq şəhərinin terrorçular tərəfindən minaatanlardan atəşə tutulması nəticəsində mərmilərdən biri Rusiya səfirliyinin ərazisinə, yaşayış kompleksinin yaxınlığına düşüb. Nəticədə binanın divarı, elektrik xətləri və su təchizatı sistemi zədələnib”, – xəbərdə qeyd olunub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir