Bizimsesimiz.info // Bir müddət əvvəl Rusiyada aləmi bir-birinə qatacaq bir siyahı yayıldı.Belə ki, rus mətbuatı həbs edilmiş ”Summa” şirkətinin sahibi, məşhur milyarder Ziyavuddin Maqammedovun yaxından əlaqədə olduğu şəxslərin siyahısını dərc edib. Baş nazir Dmitri Medvedevin rəhbərlik etdiyi siyahıya baş nazirin müavininləri Arkadi Dvorkoviç və İqor Şuvalov prezidentin köməkçisi Vladislav Surkov, nəqliyyat nazirinin müavini Oleq Belozorovun adı daxildir.

Onu da qeyd edək ki, Maqamedovun yeznəsi Umaxan Umaxanov Dağıstanan Rusiya Dövlət Dumasının deputatıdır. Maqamedov Rusiya hakimiyyət dairələrinə yaxın bir şəxsdir və onun həbsi bu siyahının yayılması zənnimizcə yaxın zamanda Rusiyada formalaşdırılacaq yeni hökumətin tərkibinin müəyyənləşməsinə təsir göstərmək üçün edilmiş bir cəhddir. Bilindiyi kimi yenidən prezident seçilmiş Vladimir Putin yaxın günlərdə and içəcək. And içdikdən dərhal sonra Putin yeni baş naziri müəyyən edib yeni hökuməti qurmalıdır. Bir çoxları Putinin artıq sınaqdan çıxmış Medvedevi hökumət başçısı kimi saxlayacağını düşünsələr də, Kremldəki bir çox mühafizəkar qüvvələr açıq şəkildə Medvedevə qarşı müxalifət yürüdürlər. Mevedevlə bağlı qərarı təbii ki Putin verəcək. Biz isə Mevedevdən sonra Rusiya hökumətinin başına kimin keçə biləcəyini araşdıraq.

Baş nazirliyə əsas namizədlər Moskvanın meri Sergey Sobyonin, Medvedevin müavinləri Dmitri Roqozin və Vyaçeslav Volodin,müdafiə naziri Sergey Şoyqudur. Sergey Şoyqu Putinin ən çox güvəndiyi kadrıdır. Yuri Lujkovdan qalan ekoloji cəhətdən çirkli və mafioz qrupların ağalıq etdiyi Moskvanı təmiz və insanların rahat yaşaya biləcəyi bir şəhərə çevirmək üçün böyük yol qət edən cənab Sobyaninin yolu yüksəliş üçün açıq görünür.

Dmitri Roqozin ona görə baş nazir ola bilər ki, Rusiya artıq bildiyimiz kimi son günlər Suriyada ABŞ-la savaşın eşiyinə gəlib. Ona hərb sənayəsindən güclü anlayışı olan və bir o qədər də mühafizəkar bir baş nazir sərf edər. Əgər Putin baş naziri bu kriteriyalar üzrə seçəcəksə Roqozindən əlasını tapa bilməz. Qeyd edim ki Roqozin hazırda da baş nazirin hərbi sənayə sahəsi üzrə müavinidir. Görəvi rus müxalifətini nəzarətdə saxlamaq olan Vyaçeslav Volodin isə rus iqtisadiyyatının sanksiyalarla çökdüyü və xalqın narazılığının artığı bu günlərdə hökumət rəhbərliyinə gətirilə bilər.

Müdafiə naziri Sergey Şoyqu isə rus xalqının qəlbini fəth etmiş dövlət məmurlarının başında gəlir və bir çox ekspertlər onu Putinin gələcək potensial varisi kimi görür. Əgər Putində belə düşünürsə onda böyük ehtimalla Medvedevin yerini tutacaq şəxs Şoyqudur. Artıq Putinin and içməsinə sayılı günlər qalıb. Zənnimizcə, yeni baş nazirin kim olacağı bizlərə təkcə Rusiyanın yeni hökumət başçısını müəyyənləşdirmək imkanı deyil, həm də Putin sonrası Rusiyanın gələcəyini müəyyənləşdirmək imkanı verəcək.

Qərbi Kaspi Universtetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Zeynalabid Əmrəliyev

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here