Bizimsesimiz.info  // Suriyanın İdlib şәhәrinә endirilәn zәrbәlәr nәticәsindә 4-ü qadın vә uşaq olmaqla 8 nәfәr hәlak olub, azı 12 nәfәr dә yaralanıb.

Bu barәdә ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının rәsmisi Hac Yusif mәlumat verib. O,  Rusiyaya mәxsus tәyyarәlәrin İdlibin Bineskera kәndini bombaladığını vurğulayıb.

Bölgәdә axtarış-xilasetmә әmәliyyatlarının sona çatdığını deyәn Hac Yusif hücum nәticәsindә xәsarәt alanların әtrafdakı xәstәxanalara çatdırıldığını deyib.

Qeyd edәk ki, İdlibә son iki ay әrzindә endirilәn zәrbәlәr nәticәsindә azı 135 dinc sakin hәlak olub, 265-dәn çox adam da yaralanıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here