Rustavinin yeni meri ilk iş günündə şəhərdə küçə süpürdü (FOTO)

Gürcüstanın Rustavi şəhərinin yeni meri İrakli Tabağua ilk iş gününə şəhərdə təmizlik işləri görməklə başlayıb
APA-nın məlumatına əsasən, İ. Tabağua səhər saatlarında Rustavi şəhərinin bir neçə yaşayış binasının həyətlərinin süpürülməsində iştirak edib.
Sakinlərlə söhbət edən mer qeyd edib ki, onun üçün əsas prioritet Rustavi və rustavililərin qayğısına qalmaq olacaq.
Xatırladaq ki, İ. Tabağua oktyabrın 21-də yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərdə 53,05 faiz səslə qalib gəlib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir