“Səfirliyin Təl-Əvivdən Qüdsə küçürülməsi 1 il çəkə bilər”

Bizimsesimiz.info // ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi bir ildən çox çəkə bilər.

Məlumata görə, bunu Parisdə Fransanın xarici işlər naziri Jan-İv Le Drianla görüşü zamanı ABŞ-ın dövlət katibi Reks Tillerson deyib.

Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.

Hazırda bu məsələ ilə bağlı İordan çayının qərb sahilində fələstinlilərlə İsrail polisi arasında toqquşmalar davam edir.

Bundan başqa Ankara, Qahirə kimi iri şəhərlərdə D.Trampın bu qərarına etiraz olaraq nümayişlər başlayıb. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir