Bizimsesimiz.info // Mingəçevirdə şəhidin adını daşıyan bulaqdan ya su gəlmir, ya da sayğac quraşdırılıb.

Unikal.org xəbər verir ki, məhəllə sakinlərinin təşəbbüsü ilə çəkilən şəhid Şaiq Mustafayevin xatirəsinə çəkilən bulağa isə 6 ay əvvəl sayğac quraşdırılıb. Şəhidin həyat yoldaşı deyir ki, bulaqdan daim suyun gəlməsi üçün hər ay 5 manat ödəyir.

Mingəçevirin mərkəzində ümumilikdə 6-dan çox şəhid bulağının suyu kəsilib. Şəhər su kanal idarəsindən bunu həmin bulaqların köhnə şəbəkədən qidalanması ilə izah edirlər. Hazırda həmin su şəbəkələri istismara yararsız olduğundan suyun verilişi dayandırılıb. Belə aydın olur ki, həmin şəhid bulaqları şəhərin ümumi balansında yox, fərdi istifadə kimi qeydiyyata alınır. Buna görə də bura suyun verilməsi sayğacla tənzimlənir. Şəhid bulaqları ilə digər narahatlıq isə ərazinin natəmiz olması və xatirə lövhələrinin tanınmaz hala düşməsidir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here