Bu gün Vətən müharibəsinin daha bir qəhrəmanı Eltun Qasımovun anım mərasimi təşkil edilib. TİA.Az xəbər verir ki, “Monte Carlo” şadlıq sarayının rəhbərliyi tərəfindən təşkil olunan mərasimdə şəhidin döyüş yolundan bəhs olunub, ruhuna dualar oxunub. Şəhidin yaxınları, döyüşçü yoldaşları Eltun Qasımovun qəhrəmanlığından söz açıblar. Tədbirin yekununda isə təşkilatçılığa və belə bir vətənpərvər addıma görə şadlıq sarayının rəhbərliyinə minnətdarlıq olunub.
Eltun Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Eltun Qasımov oktyabrın 18-də Hadrut döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltun Qasımov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltun Qasımov ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eltun Qasımov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi. Ailəli idi, 10 aylıq oğlu yadigar qaldı.

TİA.Az

    

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here