“Şəhid Xudayar Yusifzadənin anası Rada xanımla əlaqəsi olan vəkillər, ondan etibarnamə alıb, Fuad Rəsulzadəyə qarşı mülki qaydada mənəvi zərərinin ödənməsi ilə bağlı iddia qaldırsalar, bu iddialarında dəqiq uğurlu olacaqlar”.
TİA.AZ xəbər verir ki, bu təkliflə tanınmış vəkil Fərhad Mehdiyev çıxış edib.
Vəkil qeyd edib ki, bununla bağlı 10 min manat kimi mənəvi zərərin ödənilməsi istənilə bilər:
“İnsanın cibindən pul çıxanda, bu ən yaxşı cəzalardan biridir. Düşünürəm ki bu qəbildən addımlar gələcəkdə digər şəxsləri də şəhidlərimizə qarşı ehtiyatlı olmağa sövq edəcək”.
Qeyd edək ki, bloqer Fuad Rəsulzadə sosial şəbəkədə şəhid Xudayar Yusifzadə ilə bağlı xoş olmayan ifadə işlətdiyinə görə tənqid olunmuş və bir qrup şəxs tərəfindən döyülmüşdü.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here