Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Berlin şəhərində keçirilən şahmat üzrə İddiaçılar turnirində 8-ci heç-heçəsini edib.

Oxu.Az xəbər verir ki, şahmatçı yarışın XI turunda amerikalı Uesli So ilə qarşılaşıb və tərəflər 51-ci gedişdə xalları yarı bölüblər. Rəqiblərin ilk görüşü də eyni nəticə ilə yekunlaşmışdı.

Bu görüşdən sonra Məmmədyarov xallarının sayını 6-ya çatdırıb və lider Fabiano Karunadan (ABŞ) 0,5 xal geri qalır.

İddiaçılar turniri, XI tur

Uesli So (ABŞ) – Şəhriyar Məmmədyarov (Azərbaycan) – 0,5:0,5

Fabiano Karuana (ABŞ) – Vladimir Kramnik (Rusiya) – 0,5:0,5

Din Lijen (Çin) – Aleksandr Qrişuk (Rusiya)

Levon Aronyan (Ermənistan) – Sergey Karyakin (Rusiya

Turnir cədvəli: Karuana – 7 xal, Məmmədyarov – 6,5, Qrişuk – 5,5, Karyakin, Dinq Lijen – hərəyə 5 xal, Kramnik – 4,5, So – 4, Aronyan – 3,5.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here