Şəkər kimi xəstəlik: Diabet xəstələrinin sayı sürətlə artır – VİDEO
Dünyada şəkərli diabet xəstələrinin sayı durmadan artır. Azərbaycanda da ötən illərlə müqayisədə bu xəstələrin sayı 12 faiz artıb. Bəs bu xəstəliyə tutulmamaq üçün nə etmək lazimdır? Ümumiyyətlə, şəkərli diabet xəstəliyinin ilkin əlamətləri nələrdir? Bütün bu sualları Respublika Endokrinoloji Mərkəzin direktor müavini Babək Salek cavablandırıb.
Xezerxeber.az-ın məlumatına görə, “Fast-food” qidaları, pəhriz saxlamamaq, hərəkətsizlik və genetik amillər kimi səbəblər insanda şəkərli diabet xəstəliyinin yaranmasına səbəb olur.
Babək Salek deyir ki, Azərbaycanda 242 min diabet xəstəsi qeydiyyatdadır və xəstələrin sayı da bu il 12 faiz artıb. Onun sözlərinə görə, birinci tip şəkərli diabet əsasən 25-30 yaşa qədər gənclərdə, ikinci tip diabet isə daha çox yaşlı adamlarda olur. Uşaqlar arasında şəkərli diabet xəstəliyinin olması məsələsinə gəldikdə isə, qurum rəsmisi bildirdi ki, ölkədə ümumilikdə 1556 uşaq şəkərli diabet xəstəsidir.
Qurum rəsmisinin sözlərinə görə, həftə ərzində Endokrinoloji Mərkəzə 300-400 nəfər şəkərli diabetlə bağlı müraciət edir. Maraqlı məqam isə ondan ibarətdir ki, əgər atada şəkər xəstəliyi varsa, uşaqda bu xəstəliyə anaya nisbətən tutulma ehtimalı çoxdur.
Qeyd edək ki,2015-ci ildə dünyada 242 milyona yaxın diabet xəstəsi var idisə, mütəxəsisslərin son proqnozlarına əsasən, 2040-cı ildə bu rəqəm 625 milyona çatacaq.
Bizimsesimiz.info mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
buy cheap cialis online Patients with complex congenital heart lesions, both unrepaired and palliated, frequently have concurrent cardiac and pulmonary disease