ABŞ-ın borcu olduğu ölkələrin siyahısı açıqlanıb. Siyahının birinci yerində müdafiə məqsədi ilə 1,2 trilyon dollarla Çin durur.
Siyahıda yer alan ölkələrdən biri də Türkiyədir ki, ABŞ-ın ona 61.4 milyard dollar borcu var.  Bu borc göstəricisi ilə Türkiyə Amerikanın borcu olduğu ölkələr arasında 22-ci yeri tutur.
1, 189 trilyon dolarla Çinə borcu olan Amerikanın ikinci yerdə borclandığı ölkə Yaponiyadır – 1  trilyon 94 milyard dollar. Onluğun növbəti yerlərində İrlandiya (312 milyard dollar), Brazilya (270 milyard dollar), İsveçrə (254 milyon dollar), Birləşmiş Krallıq (226 milyard dollar), Lüksenburq (218 milyard dollar), Honq-Konq (189 milyard dollar) və Tayvan (182 milyard dollar) qərarlaşıb.(A24.az)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here