“Şərq dünyada siyasi qütbə çevriləcək”

Bizimsesimiz.info // Suriya prezidenti Bəşər Əsədin siyasət və media üzrə müşaviri Buseyna Şaban İordaniyadan gələn qonaqları qəbul edib.   Buseyna Şaban bildirib ki, ərəb ölkələrində baş verən hadisələrin bir də təkrarlanmaması üçün keçmişdəki səhvləri bir daha etməmək lazımdır.   “Qərbin planları açıq şəkildə məğlubiyyətə məhkum olub. Artıq Şərq yüksəlişə keçib. Şərq dünyada siyasi qütbə çevriləcək və müstəqil olmaq üçün gələcək nəsillərimizi maarifləndirməliyik”, deyə Buseyna Şaban görüşdə diqqətə çatdırıb.   Qeyd edək ki, Buseyna Şaban İordaniya parlamentinin sabiq deputatlarından bəzilərini, siyasi və ictimai fəalları qəbul edərək görüş keçirib. // eastnews.org