Səudiyyə Ərəbistanı ilə BƏƏ arasında böyük qalmaqal: Səudiyyənin keçmiş kralının oğlu BƏƏ şahzadəsini “yıxdı sürüdü” – “Niyə xainlik edərək müsəlmanları öldürürsən?”

Bizimsesimiz.info // Səudiyyə Ərəbistanın keçmiş krallarından Fəhd bin Əbdüləzizin oğlu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd bin Zayedi “Twitter” sosial şəbəkəsi vasitəsilə yazdığı haştaqlarda tənqid edib və ona nəsihətlər verib.
Avropa.info xəbər verir ki, bin Fəhd “Twitter”də etdiyi tənqidlərdə Quran ayələri və hədislərdən də nümunələr gətirərək, BƏƏ vəliəhd şahzadəsinə xəbərdarlıq edib. Bin Fəhd atdığı tvitlərin birində “Allaha qarşı nankorluq edənlərə bağışlanacaq heç nə yoxdur” deyib. Eyni şəkildə onlara xəbər ver ki, Mənim əzabım şiddətlidir” deyib. Rəsullullah (a.s) isə “hər xain özünə rəhbərlik edənlə hesaba çəkilir” deyib. Biz də onun kimi deyirik” deyib.

Məhəmməd bin Zayedin “BƏƏ xalqının təhlükəsizlik və gələcəyini pozmağı düşünərək xalqa əl uzadanın əlini kəsərik” şərhi ilə paylaşdığı bir fotoya şərh yazan bin Fəhd bunları yazıb:
“Son paylaşdığın fotoda yazdığın kimi. Çox doğru, öz ölkəndə otur və Allaha şükür et. Əgər bunu edərsənsə, hamımız sənə gələr və hörmət göstərərik. Lakin sən Sinddən Məğribə qədər əl uzadır və müsəlmanları öldürürsən. Öldürdüklərinin günahı nə idi?”

Bin Fəhd sözlərinə belə davam edib: “Əgər iqtidar istəyirsən, bizə de, amma Allah zatən sənə iqtidar vermiş. Müflis biri olsan da, Allah səni varlı etdi. Mən etdiyin şəxsi günahlarını soruşmuram. Tövbə edərsən, Allah bağışlayar. Sual budur: niyə xainlik edirsən?”

Fəhd tənqidlərinə belə davam edib: “Allaha şükür edəcəyinə onunla savaşırsanmı? Allahın qulları arasına fitnə girməsinəmi səbəb olursan? Məhəmməd (sən deyil) Allahın Rəsulu Məhəmməd (s.a.s) belə dedi; “Şeytan ərəb yarımadasında özünə ibadət edilməsindən ümidini kəsmişdir, eyni zamanda müşriklərin ərəb yarımadasından çıxarılmasını tövsiyə etmişdir. Sən isə gəlib oraya kafedral tikdirirsən? Bundan daha pisi Budda Məbədi quracağını açıqlayırsan? Bütlərin sındırılmasından sonra yenidən büt ucaltmaq istəyirsənmi? Şeytan ümidini kəsdi, amma sən hələ ümidini kəsməmisən. İblis bu adama “özümü görürəm” deyən kimidir. Allaha tövbə et, özü halını və özünü və ara qarşıdırdıqlarını düzəlt. Üzərimizdən əlini çək. Tövbə et, Allah üçün heç bir günah bağışlanmaz deyildir”.

Fəhd Bin Əbdüləziz BƏƏ vəliəhd şahzadəsinə nəsihət verdiyi tvitlərdə bunları deyib:
“Ey Məhəmməd bin Zeyed, vallahi, biz rəhmətlik atan Zayedi və ananı sevərik. Sənin üçün də şəfqət hiss edirəm. Özünü düzəlt Allaha qarşı kibirləndin və həm özünə, həm başqalarına haqsızlıq etdin. Allahın savaşdığı şəxs qəti şəkildə həlak olar. Xəlifələr biri onlara Allah üçün nəsihət verdiklərində Allahın əzəmətini düşünərək ağlardı . Gecənin qaranlığında qalx və təfəkkür et. Şirk ən böyük zülmdür”.
BƏƏ-nin Yaxın Şərqdəki qaranlıq adamları olaraq tanınan Məhəmməd Dahlan və digər şəxsləri də tənqid edən Fahd bizn Zayedə Dahan, Cefri və digələrindən özünə xeyir gəlməyəcəyini və haqqında söz açılan şəxslərin Yaxın Şərqdə qorxu və fitnənin yayılmasında baş rol oynadıqlarını əlavə edib.
“Twitter” dəki yazışmalarında Məhəmməd bin Zayedi müdafiə edən şəxslərə də cavab verən Fahd “Əl çəkin də, Allahın əzəmətini düşünək. Allahdan hamınıza hidayət arzulayıram” – deyib.
Əbdüləziz bin Fəhd daha əvvəl də BƏƏ vəliəhdi Məhəmməd bin Zayedə sosial şəbəkə vasitəsilə tənqidlər ünvanlayaraq ona “sərsəri” deyə müraciət etmişdi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir