Səudiyyə Ərəbistanı, İordaniya və Misir torpaqlarında ortaq şəhər

Bizimsesimiz.info // Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd Salman üç ölkə toplaqlarınının bir hissəsini əhatə edəcək böyük sərmayə şəhərinin qurulacağını söyləyib.

Şəhərin yaradılması üçün ilk məhrələ 2025-ci ildə tamamlanacaq.

Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-nın xəbərinə görə, Neom adlı layihə 26.500 kvadrat kilometrlik sahəni əhatə edəcək. Layihəyə milyardlarla dollarlıq vəsait ayrılıb.

Bu barədə İordaniya və Misirdən hələ bir şərh gəlməyib.

Şahzadə Səlmanı önə çıxaran bu əhəmiyyətli layihə ölkənin neftə əsaslanan iqtisadiyyatını şaxələndirməyi nəzərdə tutur.

3 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir