Səudiyyə Ərəbistanı kralının hakimiyyəti təhlükədə
Bizimsesimiz.info // Səudiyyə Ərəbistanı hökumətinin məsuliyyətsiz siyasəti ölkədəki vətəndaşları, əcnəbi işçiləri iqtisadi cəhətdən çətin duruma salıb. Bizimsesimiz.info axar.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı iqtisadiyyatının mərkəzi, ölkənin əsas şəhərlərindən biri olan Ciddə də artıq durğunluq yaşanır. Sanki kabus şəhəri xatırladır. Heç bir şey əvvəlki kimi gözqamaşdırıcı deyil. Amma bu vəziyyət Ciddəyə xas deyil. Ölkənin dörd bir yanındakı müəssisələr maliyyə öhdəliklərini ödəmək üçün mübarizə aparır.
“Midl İst” nəşrinin məlumatına görə, uzun müddət bu səssizlik davam etməyəcək. Hökumət Səudiyyə bazarlarında çalışan əcnəbiləri qanuni bir gəlir mənbəyi kimi görür. “BanqueSaudiFransi”nin bu ay dərc etdirdiyi və Səudiyyə mediasında da yer alan hesabata görə, ölkədə 11,7 milyon əcnəbi var. Bu əcnəbilərin 7,4-ü işçi, yerdə qalan 4,3 milyon insan isə onlarla birlikdə yaşayanlardır.
Artıq 1 iyuldan etibarən hökumət işçilərlə birlikdə yaşayanlardan da vergi tutmağa başlayıb. Bu insanlar artıq hər ay 100 Riyal (26.66 dollar) ödəyəcək. 2020-ci ilə qədər bu rəqəm 440 Riyala yüksələcək və bütövlükdə büdcəyə 20 milyard dollar gəlir verəcək.
Səudiyyə Ərəbistanında xalq artıq dövlətin problemi həll edəcəyinə inanmır. Hətta insanlar dövlətin onlara xəyanət etdiyi düşüncəsindədir. Krallığın iqtisadiyyatı birdən-birə iflasa aparması legitimliyini itirməsinə səbəb olur. Səudiyyə qarşıdakı aylarda və illərdə daha da iflasa gedəcək. Ər-Riyad artıq dərin böhranla qarşı-qarşıya qalıb.