“Səudiyyə Ərəbistanına buraxılan raket İrana məxsus olub”- Amerika generalı

Bizimsesimiz.info // Yəmən ərazisindən Səudiyyə Ərəbistanının paytaxtı istiqamətində buraxılan ballistik raket İrana məxsus olub.

Bunu ABŞ-ın Yaxın Şərqdə hava əməliyyatlarının komandanı, general-leytenant  Ceffri Harriqan bəyan edib.

“Səudiyyə Ərəbistanına buraxılan raket İrana məxsus olub. Raketdə İrana aid nişanlar aşkar edilib”, deyə C.Harriqan bildirib.

Noyabrın 4-də Səudiyyə Ərəbistanının havadan müdafiə sistemi Yəməndə buraxılan raketi vurub. ABŞ prezidenti Donald Tramp insidentə görə rəsmi Tehranı ittiham edib. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir