Səudiyyə Ərəbistanında korrupsiya cinayətlərində şübhəli bilinən 200-dən çox şəxs saxlanılıb

Bizimsesimiz.info // Səudiyyə Ərəbistanında korrupsiya cinayətlərinin istintaqı çərçivəsində 208 nəfər saxlanılıb. Bizimsesimiz.info APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl Mujib bildirib.

Onun sözlərinə görə, saxlanılan 208 şəxsdən 7-si azadlığa buraxılıb. Baş prokuror hazırkı mərhələdə saxlanılanların kimliyinə dair açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, noyabrın 5-də Səudiyyə Ərəbistanında vəliəhd şahzadəsinin rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Komitəsi hakim ailənin nümayəndəsi olan 11 şahzadənin və krallığın hazırkı hökumətinin tərkibindəki 4 nazirin (ümumilikdə 40 nəfər) həbs edilməsinə dair qərar qəbul edib.

Səudiyyə Ərəbistanı Korrupsiya ilə Mübarizə Komitəsi  kralın fərmanı ilə noyabrın 4-də yaradılıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.