Bizimsesimiz.info  // Səudiyyə Ərəbistanı Baş qərargah rəisi və Hava qüvvələri Komandiri təqaüdə göndərilərkən, Quru qüvvələri komandiri və bir neçə yüksək vizifəli şəxs işdən çıxarılıb.

Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi SPA bildirib ki, yayımlanan yeni kral kararnamelerinə əsasən Baş qərargah rəisi ordu general Abdurrahman bin Saleh əl-bünyan və Hava qüvvələri Komandiri Məhəmməd bin Avad Suhaym təqaüdə göndərilib. Quru qüvvələri Komandiri Fəhd bin Turki bin Əbdüləziz, Daxili İşlər Nazirinin müavinləri Əhməd əs-Salim ilə Hamed Bin Xələf əl-Xələf, Əmək və Sosial İnkişaf nazirinin müavini Əhməd əl-Humeydan, Xarici işlər nazirinin müavini Yusuf əs-Sadun tutduqları postdan uzaqlaşdırılıblar.

Cevf Region əmiri Fəhd bin Bəndər də vəzifədən çıxarılanlar arasında iştirak edir.

Baş qərargahın yeni rəisi orgeneral rütbəsinə qaldırılan Fəyyaz ər-Ruveyli təyin edilib. Quru qüvvələr komandiri isə Fəhd əl-Matir olarkən, Turki bin Bəndər bin Əbdüləziz də Hava qüvvələr kovmandiri olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Kralı Səlman bin Əbdüləziz, Milli Müdafiə Strategiyasını inkişaf etdirmə çərçivəsində hazırlanan və insan resursları ehtiyaclarını da əhatə edən Müdafiə Nazirliyi proqramını inkişaf etdirmə planını da imzalayıb. // TRT

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here