Səudiyyə Ərəbistanında qadın şahzadələrin də həbsi başlandı

Bizimsesimiz.info // Səudiyyə Ərəbistanında korrupsiya ilə əlaqədar aparılan istintaq çərçivəsində kişi şahzadələrdən sonra qadın şahzadələrin də həbs olunması barədə məlumatlar vardır.

Şahzadə qadınların kişi şahzadələrdən fərqli bir oteldə yerləşdirilildiyi bildirilir.

Bundan əvvəlki kral Avdullah bin Əbdüləzizin Fransaya sığınan oğlu Əbdüləziz bin Abdullahdan başqa bütün oğulları həbs olundu. İndi də qızları həbs olunur.

Kralı Əbdüləziz  bin Suudun ölən oğlu Sultan bin Əbdüləzizin qızları da həbs olunanlar arasındadırlar.

Abdullah bin Əbdüləziz və Sultan bin Əbdüləziz həbs olunan övladlarının  vəliəhd şahzadə Məhəmməd bin Salmanın idarəçiliyinə qarşı olduqları bildirilir.

Nəzarətdə saxlanılan şahzadələrin xəstələnmələri halında çölə çıxmamaları üçün saxlanıldıqları otelin zirzəmisində xəstəxana yaradıldığı ifadə edilir.

Nəzarətdə saxlanılan şahzadələrin qaldıqları oteldə qapılar və pəncərələr dəyişdirilib, təhlükəsizlik tədbirləri artırılıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir