Səudiyyə Ərəbistanında qadınların əsgərlik fəaliyyəti üçün elektron müraciət elan edilib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, “Mülayim İslam” qaydalarını tətbiq etməyə başlayan ölkə qadınlara 2-ci dəfə bu imkanı təklif edir. Daha əvvəl gömrükdə işləyəcək əsgər qadınlar üçün vakansiya elan edilmişdi. Martın 1-inə qədər davam edəcək müraciətdə qadınlar Riyad, Məkkə, Mədinə, Əl Qasım, Əsir, Əl Baha, Əş Şərqiyyə şəhərlərindən birində yaşamalı, yaşı 25-35 aralığında, boyu azı 1.55 sm olmalı, dövlət qurumunda işləməməli və xarici vətəndaşla evli olmamalıdır.
Qeyd edək ki, ölkədə islahatlar vəliəhd şahzadə Məhəmməd İbin Salman tərəfindən həyata keçirilir. Bu günə qədər qadınlara daha əvvəl qadağan edilmiş bir çox hüquqlar verilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here