Bizimsesimiz.info // Səudiyyə Ərəbistanında səlahiyyətli şəxlər 2018-ci ildən etibarən qadınların stadionlarda idman yarışlarını izləməsinə icazə verəcək.

SalamNews xəbər verir ki, bu barədə “Arabnews” qəzeti Baş idman idarəsinin sədri Türki əl-Aşeyxə istinadən məlumat yayıb. Onun sözlərinə görə, Riyad, Dammam və Ciddədə əsas stadionlara ailələrin girişinə icazə veriləcək.

Sentyabr ayında Səudiyyə kralı Salman bin Əbdüləziz tarixdə ilk dəfə qadınlara avtomobil sürməyə icazə verən fərman imzalamışdı. Fərman 2018-ci il iyun ayından tətbiq ediləcək.
Səudiyyə Ərəbistanı mütəmadi olaraq beynəlxalq ictimaiyyət tərəfindən insan hüquqlarının pozulması, xüsusi ilə qadınlara qarşı diskriminasiyaya görə tənqid edilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here