Səudiyyə Ərəbistanında vertolyot qəzası – 1-i şahzadə olmaqla, 8 rəsmi şəxs öldü

Bizimsesimiz.info  // Səudiyyə Ərəbistanının Yəmən ilə sərhəddindəki Əsir vilayətinin cənubunda vertolyot qəzaya uğrayıb. Qəzaya uğrayan vertolyotda 1-i şahzadə olmaqla, 8 rəsmi şəxsin öldüyü bildirilib.

Şahzadənin adının Mansur bin Məqrin olduğu qeyd edilib.

Mansur bin Məqrinin Səudiyyənin Yəmənə qarşı başlatdığı müharibəyə qarşı olan və vəliəhd vəzifəsindən azad edilən Məqrin bin Əbdüləzizin oğlu olduğu bildirilib.

Qəzanın baş vermə səbəbləri isə qeyd edilməyib. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.