“Səudiyyə Ərəbistanını terrorçuları dəstəkləyir”- Ruhani
Bizimsesimiz.info // İran prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanını Yəmən və Suriyadakı terrorçulara dəstək verməyə son qoymağı tələb edib.
Bizimsesimiz.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə H. Ruhani televiziyaya müsahibəsində bildirib.
“Səudiyyə Ərəbistanının Yəmənə müdaxilə etməsi, Yəmən və Suriyadakı terrorçulara dəstək verməsi Tehran və Ər Riyad arasında əlaqələrin yaxşılaşdırılmasına mane olan əsas səbəbdir. Səudiyyə Ərəbistanı terrorçulara dəstək verməyə son qoymalıdır”, – deyə H.Ruhani qeyd edib.