Bizimsesimiz.info   // Səudiyyə Ərəbistanının hava məkanından istifadə edən ilk təyyarə Təl-Əvivə eniş edib.

Bu barədə İsrail Hava Limanları mətbuat katibi Liza Drir açıqlama verib.

Drir açıqlamasında Hindistandan qalxaraq, Səudiyyə Ərəbistanının hava məkanından istifadə edən ilk təyyarənin dünən axşam saat 10:00-da İsrailə çatdığını deyib.

Ticarət təyyarəsinin Hindistana geri dönmək üçün İsraildən çıxdığını bildirən Drir bunun İsrailə çatmaq üçün Səudiyyə Ərəbistanının hava məkanından istifadə edən tarixdəki ilk təyyarə olduğunu vurğulayıb.

Hindistanın paytaxtı Yeni Dehli ilə Təl-Əviv arasında həftədə 3 reys qarşılıqlı uçuş keçiriləcəyi qeyd olunub. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here