Bizimsesimiz.info  “Report”a istinadən xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı krallığın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Nazirliyin rəsmi nümayəndəsi Mənsur ət-Turki bildirib ki, terrorçular eyni vaxtda ölkənin 3 ərazisində terror aktı həyata keçirməyi planlaşdırırmış. Onlardan biri Ciddə vilayətində, ikisi isə Məkkədə həyata keçirilməli imiş.

Daxili İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, xüsusi təyinatlılar Əl-Asilə və Əciyad yaşayış məntəqələrində əməliyyat keçirərək silahlıları həbs ediblər.

Məlumatda bildirilir ki, terrorçu kamikadze Əciyaddakı binalardan birində gizlənib və hüquq-mühafizə orqanlarının silahı yerə qoymaq tələbinə əməl etməyərək təhlükəsizlik qüvvələrinə atəş açıb. O, bundan sonra özünü partladıb.

Əməliyyat zamanı ümumilikdə 5 nəfər saxlanılıb. Onlar arasında qadın da var.

Təhlükəsizlik qüvvələrinin itkiləri barədə məlumat verilmir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here