Bizimsesimiz.info  // Səudiyyə Ərəbistanının tarixində ilk dəfə kral ailəsinin mənsubu Kipti Kilsəsini ziyarət etdi.

Səudiyyə Ərəbistanının Misirdə səfərdə olan vəliəhd şahzadəsi Məhəmməd bin Salman paytaxt Qahirədəki Misir Kipti Kilsəsini ziyarət edərək, Papa II. Tavadros ilə görüşdü.

Kilsədən verilən məlumatda vəliəhd şahzadə Məhəmmədin Kiptinin rəhbəri Papa II. Tavadros ilə görüşünün Səudiyyə Ərəbistanının yaradıldığı 1932-ci ildən bu yana  ilk dəfə həyata keçirildiyi bildirildi.

Məlumatda Papa II. Tavadrosun Səudiyyə Ərəbistandakı son prosesləri təqdirlə təqib etdiklərini bildirdiyi qeyd olunur.

Kilsənin rəsmi sözçüsü Bolis Həlim vəliəhd şahzadə Məhəmmədin Tavadrosa xitabən: “Sizi və burada olanların hamısını Səudiyyə Ərəbistanına dəvət edirəm” dediyini qeyd etdi.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ötən illərdəki kilsə hücumlarında insan ölümləri ilə əlaqədar başsağlığı verdiyi də ifadə etdi.

Vəliəhd şahzadə Məhəmməd Əl-Əzhər Şeyxi Əhməd ət-Tayyib ilə də görüşdü.

Vəliəhd şahzadınin səfərində Misir və Səudiyyə Ərəbistanı arasında 16 milyard dollarlıq investisiya fondunun da yaradılmasını nəzərdə tutan müqavilə  ilə birlikdə 4 müqavilə imzalandı.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here