Səudiyyə dərsliklərində Kral Faysalla bağlı şəkil səhvinə yol verildi- FOTOLAR

Bizimsesimiz.info // Səudiyyə Ərəbistanında orta məktəbin tarix dərsliklərində şəkillə bağlı səhvə yol verilib.

1945-ci ildə Kral Faysalın Səudiyyə xarici işlər naziri olduğu zamanlarda BMT-nin San-Fransiskodakı toplantısında çıxışı zamanı çəkilən foto səudiyyəli rəssam Abdullah əl-Şərhi tərəfindən montajla Yoda adlı film qəhrəmanı ilə birgə yerləşdirilib.

Səudiyyə ərəbistanının təhsil naziri Əhməd əl-İssa “xoşagəlməz səhv”ə görə “Twitter” sosial şəbəkəsindəki hesabında üzr istəyib.

O qeyd edib ki, səhvin səbəblərini araşdırmaq üçün hüquqi komitə yaradılacaq.

Səudiyyə Təhsil Nazirliyindən fotonun doğru versiyasının yerləşdirilməsi üçün tarix dərsliyinin yeni nəşrinə başlandığı bildirilib. Qeyd edək ki, Kral Faysal Əbdüləziz əl-Səud 1964-1975-ci illərdə Səudiyyə kralı olub. // eastnews.org

Fotonun orijinalı

Dərslikdə yerləşdirilən foto