Rəsmi Dohaya qarşı sanksiyalara rəhbərlik edən Səudiyyə Ərəbistanı öz ərazilərində otlayan və Qətərə aid dəvə və qoyunları ölkəsindən qovub.

Bizimsesimiz.info FaktXəbər-a istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı bütün diplomatik və iqtisadi əlaqələrini kəsdiyi Qətərə aid 15 min dəvə  və 10 min qoyunu ölkəsindən deportasiya edib.

Qeyd edək ki, Qətər 11 min 500 kvadrat kilometr torpaq əraziyə malikdir. On minlərlə heyvan sürülərini Səudiyyə Ərəbistanı torpaqlarında otaran qətərli fermerlər deportasiya qərarından sonra çətin vəziyyətə düşüblər.

Məhdud su ehtiyatları və qida ilə sərhəddə çətin vəziyyətdə qalan ən az 15 min dəvənin təxliyəsi Qətərdən yollanan avto-qoşquların köməyi ilə təmin olunub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here