Bizimsesimiz.info  // Misirə səfər edən Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salman Türkiyə və İrana qarşı sərt tənqidlər səsləndirib.

Səudiyyə şahzadəsi Türkiyə,İran və Qətər üçün “şeytan üçbucağı” ifadəsini işlədib.

Səudiyyə Ərəbistanında krallıq taxt-tacını ələ keçirməyə çalışan Məhəmməd ibn Salman ilk xarici səfərini həyata keçirdiyi Misirdə bölgədəki 3 ölkə barədə fikirləri ilə diqqət çəkib.

Sözügedən ölkələrin ərəblərin təhlükəsizliyini təhlükə altına alan siyasətlər həyata keçirdiklərini söyləyən vəliəhd şahzadə İranı bölgədəki məzhəbçi siyasət yeritməkdə ittiham edib.

“CBC” kanalına müsahibə verən şahzadə Məhəmməd ibn Salman “Ərdoğanın idarə etdiyi Osmanlılar “Müsəlman Qardaşlar” təşkilatından da istifadə edərək regionda xəlifəlik sistemini yenidən formalaşdırmaq istəyirlər”, – deyə bildirib. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here