Səudiyyədə kral sarayına hücum – 2 təhlükəsizlik əməkdaşı öldü
Bizimsesimiz.info // Səudiyyə Ərəbistanının Ciddə şəhərində Əl-Salam kral sarayının qarşısında terror aktı törətmək istəyən şəxs zərərsizləşdirilib.
Kral sarayında terror törətmək istəyən şəxs zərərsizləşdirilərkən 2 təhlükəsizlik əməkdaşı həyatını itirib.
Sosial mediada hadisə ilə bağlı xəbərlərin yayılmasından sonra ABŞ-ın Səudiyyədəki səfirliyi amerikalı vətəndaşlara kral sarayı yaxınlığından keçərkən ehtiyatlı davranmalarını tövsiyə edib.
Hadisəylə bağlı Səudiyyədən hər hansı rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, 2016-cı ilin iyun ayında bir kamikadze özünü Ciddədəki ABŞ Konsulluğu binasının yaxınlığında partlatmışdı. Terror aktında 2 mühafizəçi yaralanmışdı. //eastnews.org