Səudiyyədə yoqa idman növü kimi təsdiq olundu

Bizimsesimiz.info  // Səudiyyə Ərəbistanında yoqa* işgüzar fəaliyyətdə idman növü kimi təsdiqlənib.

Yoqanın idman növü kimi təsdiqlənməsi o deməkdir ki, artıq Səudiyyə Ərəbistanında yoqa mərkəzləri açmaq üçün lisenziya əldə etmək mümkün olacaq.

Bu barədə məlumat Səudiyyədə ilk qadın yoqa təlimatçısı Nur Mərveyi tərəfindən verilib. O, “Facebook”-dakı hesabında qeyd edib ki, Səudiyyə Ərəbistanı Ticarət və Sənaye Nazirliyi yoqanı idman növü kimi təsdiqləyib.

Məlumatda bildirilib ki, Səudiyyədə atılan bu kimi addımlar Səudiyyə kralının vəliəhdi Məhəmməd ibn Salmanın mülayim İslama keçidlə əlaqədar apardığı islahatlarının tərkib hissəsidir.

Yoqa – ənənəvi Asiya sisteminə əsaslanan fiziki tapşırıqların (tətbiqlərin, məşqlərin) sırasıdır. Yoqanın ən aydın, şəffaf mənası onun etmoloji mənşəyində saxlanılır. Yoqa sözü – Sanskrit dilində “yuj’ sözündən götürülüb. Mənası, “birlik”, “ittifaq” deməkdir.  //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.