“S-400 müdafiə sistemində sona yaxınlaşıldı”

Bizimsesimiz.info // Türkiyə dövlət başçısının sözçüsü İbrahim Kalın iştirak etdiyi televiziya kanallarından birində gündəmə dair verdiyi açıqlamada Əl-Əqsa məscidində son günlərdə baş vərənlər, Qətər məsələsi və S-400 müdafiə sisteminə dair məlumat verib.

Kalın Əl-Əqsada elektron axtarış detektorlarının qaldırılması məsələsinə toxunaraq, bunun müsbət istiqamətdə atılmış addım olduğunu, ancaq Türkiyənin əsas narahatlığının Əl-Əqsanın əsas statusunun dəyişdirilməsinə dair planın tətbiq edilməsinin olduğunu bildirib.

İbrahim Kalın mövcud statusun kağız üzərində qorunub tətbiqi olaraq dəyişdirilməyə cəhd edilməsinin gərginliyi dərinləşdirəcəyini də vurğulayıb.

Proqramda dövlət başçısı Ərdoğanın Körfəz ölkələrinə səfərinə də toxunan Kalın hal-hazırda bölgədə bir qədər sakitliyin hökm sürdüyünü, ancaq problemin tamamilə aradan qaldığını söyləmək üçün vaxtın hələ tez olduğunu deyib. Türkiyənin bu məsələdə öz mövqeyini ortaya qoyduğunu qeyd edən Kalın ölkəmizin hər zaman haqlı olanın yanında olduğunu da söyləyib.

İbrahim Kalın Rusiya ilə uzun müddətdir S-400 müdafiə sistemilə əlaqəli müzakirələrin davam etdiyini dilə gətirirək, dövlət başçısı Ərdoğanın hakim partiyanın qrup yığıncağında “imzaları atdıq” dediyini bildirib.

“Bu iş böyük nisbətdə sona çatdı, bunu rahatlıqla söylə bilərik. Razılaşma ilə əlaqəli kiçik bir neçə məsələ var, amma əsas etibarı ilə artıq sona yaxınlaşıldı”-deyə İbrahim Kalın vurğulayıb.