Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynada siyasi sığınacaq almaq üçün müraciət edib.

Oxu.Az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili Markiyan Qalabala məlumat yayıb.

“Vətəndaşı əlavə müdafiə və siyasi sığınacaqla təmin etmək haqqında müraciət, əslində, eyni məfhumdur. Sadəcə, gündəmdə “siyasi sığınacaq” anlayışı istifadə olunur”, – deyə vəkil bildirib.

Onun sözlərinə görə, Ukraynanın Dövlət Miqrasiya Xidməti hələlik Saakaşvilinin siyasi sığınacaqla bağlı müraciətinə cavab verməyib. Lakin 24 saat ərzində müraciətə cavab verilməli idi.

Bildirilir ki, Ukrayna hökuməti siyasi sığınacaq istəyən Saakaşvilini ekstradisiya edə bilməz.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here