Gürcüstanın keçmiş prezidenti və Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya qanunsuz yollarla qayıtmaq istəmədiyini bildirib.

Bizimsesimiz.info azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna vətəndaşlığından çıxarılan Saakaşvili Varşavada keçirilən mətbuat konfransında deyib.

“Mənim üçün komfortlu səyahət yoxdur. Amma buna maşının yük yerində getmək daxil deyil. Mən Ukraynaya geri dönəcəyəm. Ancaq bu, leqal yollarla, qanuni şəkildə olacaq” .

Saakaşvilinin sözlərinə görə, o, hazırda hüquqi bazanın öyrənilməsi və yeni təkliflər barədə düşünür. Yalnız hazırlıqlar başa çatdırdan sonra Saakaşvili Ukraynaya dönəcəyini vurğulayıb.

“Hökumət milyonlarla ukraynalının fikirini iqnor edə bilməz. Mən Ukraynanın Avropa nəhəngi olmasını istəyirəm. Bu, olacaq və mən də həmin zaman bunu Ukraynanın bir parçası olaraq qarşılayacağam” – Saakaşvili deyib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here