Sabahdan ailələr Cocuq Mərcanlıya köçəcək

Bizimsesimiz.info // Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə köçəcək ailələr arasında püşkatma keçirilib.

Modern.az-a 1994-cü ildən bəri Cocuq Mərcanlı kəndini tərk etməyən Oqtay Həziyevin böyük qardaşı İsmət Həziyev və digər sakin Esmira Orucova məlumat veriblər.

Püşkatma nəticəsində İ.Həziyev 5 ədəd dördotaqlı evdən birinin sahibi olub.

E.Orucovanın bəxtinə isə 14 nömrəli ikiotaqlı ev düşüb:

“Gözəl təsadüfdür ki, bizim rayondakı evin nömrəsi də 14 idi. Evimiz iki otaqlıdır. Vətənə qayıdacağımız üçün çox sevinirik”.

Onun sözlərinə görə, iyulun 4-dən etibarən ailələr Cocuq Mərcanlıya köçəcək.

1 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir