Sabahdan Azərbaycanda məktəblər bağlanır

Sabahdan orta məktəblərdə 2018-2019-cu tədris ilinin payız tətili başlayacaq.
Təhsil Naziliyindən  verilən məlumata görə, payız tətili 5 gün – 16-20 noyabr tarixlərini əhatə edəcək.
Dərs ilinin növbəti tətlili qışa təsadüf edəcək. Belə ki, 5 günlük qış tətili 27-31 yanvar tarixlərində olacaq.
Bu dərs ilində ibtidai siniflər üçün  5 gün əlavə tətil (1-5 may) də nəzərdə tutulub.
Xatırladaq ki, ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ilinin birinci yarımili 15 sentyabr – 26 yanvar, ikinci yarımili 1 fevral – 14 iyunu əhatə edir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir