Hollandiyanın keçmiş dövlət naziri Fred Tiven bələdiyyəyə məxsus sərnişin avtobusunda sürücü olmaq üçün kursa yazılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tiven bir neçə həftə davam edəcək kursdan sonra Arnhem şəhərində yeni işinə başlayacaq.

Onun həftədə 36 saat çalışacağı bildirilir.

Qeyd edək ki, sabiq nazir 2001-ci ildə prokuror işlədiyi dövrdə “çirkli pulların yuyulması”nda iştirak etdiyi üzə çıxmış və 2015-ci ildə ədliyyə naziri İvo Opsteltenlə birlikdə istefa etmişdi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here