Sabirabadın bu kəndində məscid uçmaq üzrədir-Sakin Allah evinin təmiri üçün yardım istəyir-MÜRACİƏT – FOTO
Bizimsesimiz.info // “Məscid artıq baxımsızlıqdan uçmaq üzərədir. İbadət yerinin nə dəstəmaz yeri, nə də ayaqyolusu var”
Redaksiyamıza müraciət edən Sabirabad rayonunun Polad Tuğay kənd sakini Məmmədov Nihat Əli oğlu kəndlərində olan məscidin bərbad vəziyyətdə olmasından şikayətçidir.
Vətəndaş bərbad vəziyyətdə olan kənd məscidinin təmir olunması üçün aidiyyatı qurumlardan,imkanlı şəxslərdən kömək istəyir:
“Kəndimizdə yerləşən məscidin təmirə böyük ehtiyacı var. Məscid artıq baxımsızlıqdan uçmaq üzərədir.İbadət yerinin nə dəstəmaz yeri, nə də ayaqyolusu var . Bir sözlə məscidin vəziyyəti çox bərbad gündədir və əgər məscid qısa zamanda təmir olunmazsa, tamamilə uça bilər.
Mətbuat vasitəsilə aidiyyatı qurumlardan,imkanlı şəxslərdən məscidin təmir olunması üçün yardım etmələrini xahiş edirəm”
Redaksiya olaraq ümid edirk Sabirabad sakininin bu çağırışına səs verən tapılacaq , Allah evi olan məscidin təmir edilməsi kimi savab bir işə yardım ediləcək.
Unvan: Sabirabad rayonu , Polad Tuğay kənd sakini Məmmədov Nihat Əli oğlu. – 055 436 56 87
bizimsesimiz.info