Almaniyada Halberştadt şəhərinin yaxınlığında maraqlı bir kənd var və bu kənd Şahdorf-Ştrebek adlanır. Kəndin maraqlı cəhəti burada hər yerdə bütünlüklə şahmat əlamətlərini görmək mümkündür. Yerli əhali isə bu oyunu təqribən min il bundan əvvəl öyrənmişlər.

1068-ci ildə Ştrebek qalasına qraf Qunsellin adlı bir şəxs salınır. Bu qraf uzun illər boyunca ailəsinin pul ödəyərək onu xilas etməsini gözləyir. O şahmat oyununun böyük həvəskarı idi və gözətçilərə də bu oyunu öyrətmişdi. Tezliklə Ştrebek-in digər əhalisi də bu oyunu oynamağa başlayır.

Kəndin gerbində at və piyada ilə şahmat lövhəsi təsvir edilmiş, yerli orqanların sənədlərində şahmat lövhəsi formasında möhür vurulurdu. Hər bir evdə şahmat lövhəsi olmalı idi. Maraqlıdır ki, hətta krallar belə intellektual kəndə hörmətlə yanaşmış və onu müxtəlif vergilərdən azad etmişlər. Əhali isə minnətdarlıq üçün tac qoyma mərasimlərində “canlı şahmat” səhnəcikləri hazırlayırdılar.

Bu zaman Ştrebekdə başqa bir qeyri-adi adət var idi. Başqa ərazidən olan yad bir insan bu kənddən olan bir qızla ailə qurmaq istədikdə kəndin ən savadlı şahmat oyunçusu ilə oynamalı idi. Yad namizəd məğlub olduqda həm rədd cavabı alır, həm də cərimə olaraq böyük bir məbləğ ödəməli olurdu.

1823-cü ildən başlayaraq isə məktəblərdə 3-cü sinifdən başlayaraq şahmat dərsləri keçilməyə başlayır.

1921-ci ildə isə Ştrebek rəhbərliyi Prussiya maliyyə nazirliyinə müraciət edərək şəxsi pul nişanlarının buraxılmasına icazə istəyir. İcazə alınır və 25, 50 və 75 pfenninq nominalında pul vəsaitləri buraxılır. Hər banknotun üzərində nömrə, ağsaqqalın imzası və kəndin şahmat gerbi təsvir edilmişdi. Maraqlıdır ki, Ştrebek də şahmat ənənələri bu gün də davam etdirilir. Demək olar ki, kəndin bütün yaşlı nümayəndələri hələ də fəal olaraq şahmatla maraqlanır. 1000 insandan bir azca çox əhaliyə sahib Ştrebek bu yaxınlarda YUNESKO-nun dünya mədəni irs obyektləri siyahısına daxil edildi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here