Rusiyanın Qara dəniz donanması “Vışniy Voloçek” layihəsi üzrə hazırlanacaq kiçik raket gəmisini 2018-ci ilin aprelinə qədər əldə edə bilməyəcək.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Flotprom.ru” saytı yayıb. Gecikməyə əsas səbəb Çinin yüksəksürətli gəmi dizel mühərriki olan CHD622V20-dəki problemlərlə əlaqədardır.

Qeyd edək ki, bundan öncə Rusiya Hərbi Dəniz Qüvvələri eyni layihə üzrə sifariş verdikləri 9 gəmidən yalnız 5-nə Almaniyanın MTU 16V4000M90 mühərrikini yerləşdirə biliblər. Digər 4 mühərrik isə tətbiq edilən sanksiyalar ucbatından Moskvaya verilməyib. Bundan sonra Rusiya hərbi rəhbərliyi gəmiləri Çin istehsalı olan CHD622V20 mühərriki ilə təmin etmək qərarına gəlib.

Bəzi KİV-lər bu mühərrikin mülki xarakter daşıdığını və hərbi fəaliyyət üçün yararlı olmadığını deyirlər

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here