“Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində iqtisadi bütövlük yaradılmalıdır”- Dimitri Medvedev

Bizimsesimiz.info // Rusiyanın baş naziri Dimitriy  Medvedev Soçidə Şanxay Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin baş nazirlərinin qatıldığı Hökumət Başçıları Şurasında çıxış etdi.

Medvedev çıxışında Rusiya ilə Şanxay Əməkdaşlıq Təşkilatı üzvləri arasındakı ticarət dövriyyəsinin bu il 80 milyard dollara çatdığını bildirdi.

Rusiyanın baş naziri Şanxay Əməkdaşlıq Təşkilatının təhlükəsizlik siyasəti sahəsində koordinasiya məsələləri ilə məşğul olan bir təşkilat hesab edildiyini xatırladaraq: “Artıq Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlıq və iqtisadi bütövlüyün yaradılması istiqamətində hərəkət etməliyik. Bu barədə müzakirələrimiz illərdir davam edir. Artıq bu məsələdə bir addım atmağımız zəruridir. Bu məsələdə konkret nəticələr almaq tamamilə bizim əlimizdədir” dedi.

Medvedev Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olmaq üçün müraciət edən İran və Əfqanıstanın da təşkilata üzvlükləri qarşısında bir maneə olmadığını söylədi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir