Sarıkamış şəhidləri üçün Türkiyə ilə yanaşı Azərbaycan bayrağı da dalğalandı

Bizimsesimiz.info // Türkiyənin Qars şəhərinin Sarıkamış qəsəbəsində Sarıkamış Hərəkatının 103-cü ildönümü tədbirləri çərçivəsində Gənclər və İdman naziri Osman Aşkın Bak, Nəqliyyat, Dənizçilik və Kommunikasiya naziri Əhməd Arslan və çox sayda vətəndaşın iştirakı ilə yürüş keçirilib.

Nazirlərlə yanaşı Türkiyənin bir çox rayonundan və xaricdən çox sayda gənc və yaşlı insan Birinci Dünya Müharibəsində Ənvər  Paşanın komandanlığı ilə Osmanlı ordusunun Rusiya işğalı altındakı torpaqları azad etmək üçün başladığı və 90 min əsgərin şəhid olduğu Sarıqamış Hərəkatının 103-cü ili münasibətilə Sarıkamış rayonunda bir araya gəldi.

İnsanlar səhər sübhdən “Gənclik Şəhidlərin İzi ilə” şüarı ilə keçirilən “Türkiyə Şəhidləri Yeriyir” yürüşündə iştirak etmək üçün hərəkat zamanı toqquşmaların baş verdiyi, əsgərlərin həm döyüşərək, həm donaraq şəhid olduğu Soğanlı və Allahu Əkbər dağları arasındakı Kızılçubuk Zirvəsində toplaşdı. Burada Quran oxundu, təkbir və salavat çəkildi və şəhidlər üçün dualar edildi.

Soyuq hava şərtlərinə baxmayaraq, minlərlə insan əllərində Türkiyə bayraqları ilə Yuxarı Sarıkamış Şəhidliyinə yürüdü. İştirakçıların əllərində Türkiyə ilə yanaşı Azərbaycan və Fələstin bayraqları da dalğalanırdı.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir