Bizimsesimiz.info // Ermənistanda 11 gündür davam edən etirazlar nəticə verdi.Əliqanlı Serji Sarkisyan istefa verdi. Hadisəyə Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Zeynalabid Əmrəliyev münasibət bildiribdir.

Sarkisyanın istefası həqiqətən də gözlənilməz oldu. Demək olar ki, müxalifət əsas istəyinə çatdı. Lakin onu qeyd edim ki, etirazçılar ənənəvi müxalifətin üzvləri deyildi. Aksiyalara rəhbərlik edən parlamentin müxalif fikirli deputatı Nikol Paşinyan idi. Bu həmin Paşinyandır ki, Qarabağdakı qondarma rejimi “müstəqil dövlət” kimi tanıyır, Ermənistanın Rusiya ilə bu qədər sıx yaxınlıq qurmasının əlehinədir, Qərbə daha çox meyil edir, Avrasiya İttifaqının qatı əlehdarıdır. Çox zaman qatı milliyətçi çıxışları ilə tanınır. Ermənistanda baş verən son hadisələrə gəldikdə isə artıq demək olar ki, İrəvanda inqilab baş verdi. Bu inqilabın günahı isə özünün də etiraf etdiyi kimi Sarkisyanın öz günahıdır.

Əvvəla, o yaxşı bilirdi ki ölkədə ona qarşı güclü narazılıq var. Buna rəğmən hakimiyyəti əlində saxlamaqda israr etdi. İkinci bir məsələ isə özünə qarşı belə bir güclü narazılığı hesablaya bilmədi. Buna görə də sonda məğlubiyyətə düçar oldu. Həm də ki artıq öz pis güzəranlarından cana doymuş hərbçilər hərbi hissələri özbaşına tərk edərək mitinqçilərə qoşuldular. Nəzərə çatdırım ki, Ermənistanda xeyli vaxtdır hərbiçilərin maaşları da verilirmirdi və ümumilikdə hərbi elita Sarkisyandan narazı idi.

Növbəti müddətə ölkədə hansısa dəyişiliklərin ola biləcəyinə gəlincə isə nəzərə çatdırım ki, Sarkisyan hələ ki yalnız baş nazirlikdən istefa verdi. Hələ ki nə onun tərəftarlarının çoxluğunda olduğu parlament buraxıldı, nə də ki, Sarkisyan hakim Respublikaçılar Partiyasının liderliyindən gedəcəyini bildirdi. Qarabağ klanından başqa birinin hakimiyyətə gəlməsi,düşünürəm ki,ölkədə yalnız baş naziri dəyişdirəcək. Hətta bu da mümkündür ki, Sarkisyan yenə də bütün ipləri əlində saxlasın, Ermənistanın “İvanaşvilisi” olsun. Əvvəldən də qeyd ediyimiz kimi, Kreml Sarkisyanın baş nazir olmasını bir o qədər də istəmir. Qərbmeylli prezidentin qarşısında rəsmi Moskva daha çox Rusiyaya çox bağlı olan birini görmək istəyir. Bu şəxslərin arasında eks-baş nazir Karen Karapetyan, xarici işlər naziri Edvar Nalbadyan, müdafiə naziri Vazgen Sarkisyan ola bilər. Bu istefanın Qarabağ münaqişəsinin həllində bu vəziyyətdə hansısa müsbət təsirini gözləmək fikrimcə hələ ki tezdir. Nə qədər ki Qarabağ klanı hakimiyyətdədir, İrəvanın bu məsələdə hansısa kompromisə gedəcəyini düşünmürəm.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here