Senat impiçment prosesində Trampa bəraət qazandırdı

Respublikaçıların əksəriyyət təşkil etdiyi ABŞ Senatı prezidentin impiçmenti üzrə prosesdə Donald Trampa hər iki maddə üzrə bəraət qazandırıb.

TİA.AZ-ın xarici mətbuata istinadən məlumatına görə, Ağ Evin başçısı ittiham edilməyəcək və hakimiyyətdən kənarlaşdırılmayacaq.

Senatorlar Trampı səlahiyyətlərin aşılması və Konqresə mane olma ittihamları üzrə günahsız hesab ediblər. Bununla da ABŞ prezidentinin impiçment prosesi başa çatıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir