Sevdim

Dərdi bir sevgili canan kimi 
sevdim,
Canımdan can diləyən, can kimi 
sevdim.
*
Gecələr baş-başa qaldıq 
dərdləşərək,
Bu dərd aşiqi canı, dan kimi 
sevdim.
*
Kimsə bilməz bu ömür kimsəyə 
yardı,
Bilən eşqinə yarı, qan kimi 
sevdim.
*
İmadəddin, keçdiyin haqq yolu var ha,
Yazıldı tarixə dastan kimi sevdim.

Qarabağ Qazisi, İmadəddin SƏLİM

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir