Bizimsesimiz.info  // Mir Həmzə Seyid Nigari Qarabaği təkkə-təsəvvüf ədəbiyyatının nümayəndəsi, nəqşibəndi şeyxidir. Qarabağ xanlığının Bərgüşad mahalının (indiki Laçın rayonunun) Cicimli kəndində 1795-ci ildə dünyaya gəlmişdir.

Mir Paşa (türk mən-bələrində Seyid Əmir Paşa) təxəllüsü ilə tanınan Mir Rüknəddin Əfəndi, anası isə Qızxanım adı ilə tanınan Xeyrənsə xanım olmuşdur.
Həmzə Nigari təhsilini Şəkinin Dəhnə kən-dində dövrün alimlərindən dərs alaraq tamamladıq-dan sonra mürşid axtarmaq məqsədilə səyahət etmişdir. Yolçuluğu sırasında Mövlanə Xalid Bağdadinin adını eşitmiş və Bağdada getmək üçün yola çıxmış, ancaq Xarputa çatanda Mövlanə Xalidin vəfat etməsi xəbərini almış, sonra Sivasa gəlmiş, daha sonra isə Qarabağa qayıtmışdır. Qarabağda ikən əbəcdadı Həzrət Əlinin mənəvi işarəsi ilə “Hər bir nəfəsi Məsih-isa, hər bir nəzəri naziri kimya” dediyi İsmayıl Şirvaniyə mürid olmaq üçün Kürdəmirə gəlmişdir. Şeyx İsmayılın müridi olmuşdur.
Kürdəmirdə şeyxin yanında mənəvi tərbiyəsinə başlayan Həmzə Nigari şeyxini təqib edərək ardından Anadoluya gəlmiş, Sivas və Ama-siyada müxtəlif fasilələrlə 20 ildən çox şeyxinin yanında qalmışdır.

Həmzə Nigari İsmayıl əfəndidən izn alaraq, müqəddəs məkanları ziyarət üçün səfərə çıxmış, əvvəlcə Konyaya – Mövlana Cəlaləddin Rumi türbəsinə, sonra isə Məkkə, Mədinə, Şam, Qüds şəhərlərinə getmişdir. Ziyarətlərinin sonunda Amasiyaya qayıtmış və bir il sonra seyrisülukunu tamamlayaraq mürşidi İsmayıl Şirvanidən xilafətnamə alıb Azərbaycana dönmüşdür.

Həmzə Nigari irşad fəaliyyətinə Bərgüşad və Bərdə ətrafında başla-dı. Rusiya ilə Osmanlı dövləti arasında gedən Krım müharibəsi zamanı Osmanlı ordusunda cihada qatılmaq üçün müridləri ilə birlikdə gizlicə Qarsa gəldi. Və ruslara qarşı vuruşdu. Müharibədən sonra Ərzuruma yerləşərək Bakırlar məhəlləsindəki məscidin dərsxanasında üç il qaldı.

Ərzurumdan İstanbula gedən Həmzə Nigari nəhayət Amasiyaya qa-yıdaraq orada məskunlaşmışdır. Burada uzun müddət təfsir və hədis dərs-ləri deməklə yanaşı təsəvvüfi fəaliyyətlə də məşğul olmuşdur. Lakin onun fəaliyyətindən narahat olanların şikayətindən sonra Xarputa sürgün edilmişdir.
1886-cı ildə Xarputda vəfat edən Həmzə Nigarinin nəşi vəsiyyətinə uyğun olaraq şeyxinin yanına – Amasiyaya gətirilmişdir. Qazaxlı Hacı Mahmud Əfəndinin himməti ilə Qarabağ, Qazax və Gürcüstandakı mü-ridlərinin də yardımı ilə türbəsi və türbənin yaxınlığında məscid inşa edilmişdir.

Həmzə Nigarinin Məhyəddin Əl-ərəbinin “Fütuhatı-məkkiyyə” əsə-rinə yazdığı Təvzihat, türkcə və farsca divanı, ayrıca “Nigarnamə” və “Saqinamə” adlı əsərləri vardır. Onun şeirləri Amasiya ətrafında, şərqi Anadoluda, Borçalı, Qazax və Qarabağda yaşayan türklər tərəfindən əz-bərləndi, zikr məclislərində sürətlə böyük mistik həyəcanla illərlə mənəvi zövqlə oxundu. Onun Türkiyəyə hicrətindən sonra Şimali Qafqaz-dan minlərlə insan köçərək Amasiya və ətrafında məskunlaşdı.
Hələ 9 yaşında olanda məna aləmində görüb aşiq olduğu Qarabağ bəyləri nəslinə mənsub və özü kimi eşq əhli Nigar adlı bir qadına görə şeirlərində Nigari təxəllüsünü seçdi.

Divanı Tiflisdə (1908) və İstanbulda (1883) dərc edilmişdir. Farsca divanı da yenə İstanbulda 1911-ci ildə nəşr olunmuşdur.
Həmzə Nigarinin Türkiyə, Azərbaycan, Gürcüstan və Dağıstanda çox sayda müridi və xələfləri olmuşdur. Türkiyə və Azərbaycanda onun nəslindən olan bir çox insan var. Onun xələflərindən bəziləri bunlardır: Oğlu Siracəddin əfəndi, Hacı Mahmud Əfəndi Aslanbəyli, Cəfər Təyyar Paşa, Ömər Kəşfi Dağıstani, Ərzurumlu Mehmet Zakir Əfəndi, Ərzu-rumlu Xoca Hafiz Osman Siraci, Seyid Həsən Hüsnü Əfəndi əd-Dağıs-tani, Ağarəhim Ağa Dilbazi, Şahnigar Xanım Rəncur, Qazi Osman Əfən-di, Hacı Zəkəriyyə Əfəndi, Sadi Qarabaği, Hafız Mehmet Kaşif Dağıstani, Trabzonlu Osman Nefi, Dağıstanlı Rəcəb Haberi, Hacı Teyyub Əfəndi, Hacı Mustafa Əfəndi, Postlu Hacı Mahmud Əfəndi, Amasiyalı Payasizadə Hacı Haqqı Əfəndi.

Mir Həmzə Nigari sufi şairdir. Nizami Gəncəvi, İmadəddin Nə-simi, Yəhya Şirvani, Məhəmməd Füzuli, Yunus Əmrə kimi şeirlərində təsəvvüfi mövzuları işləmişdir. XIX əsrdən sonra Azərbaycanda həm əruzla, həm heca ölçüsündə təsəvvüfi şeir yazan divan sahibi, şairdir. Şeirlərində Allah, peyğəmbər və əhlibeyt eşqi və məhəbbəti işlənmişdir. O “Vətən sevgisi imandandır” sözünü rəhbər tutaraq Azərbaycan və Qarabağı da şeirlərində vəsf etmişdir.
Mir Həmzə Nigari öz doğma vətəni Qarabağa çox böyük məhəbbət bəsləmiş, Türkiyədə olduğu vaxtlar Qarabağa olan həsrətini şeirlərində dilə gətirmişdir. Nigari Qarabağın ruslar tərəfindən işğalından sonra yaz-dığı şeirində bu faciəli hadisənin sinəsinə saplanan xəncər kimi onu iz-tiraba qərq etdiyini ifadə edir. Bununla birlikdə, sanki o, Qarabağın ermə-nilər tərəfindən işğal edilib talan ediləcəyini hiss etmiş kimi bugünkü in-sanların əhval-ruhiyyəsini şeirində əks etdirmişdir:

Sinəmə çəkilən qara dağımdır,
Qara bağrım qanlı Qarabağımdır.
Qan əkər, odlar tökərMiri-Nigariməgər
Yad qılıbdır yenə Qarabağ torpağını.

Eşqin kanı Qarabağdır məkanım,
Bülbülü-şeydayam, cənnət yerimdir.
Əvvəl başdan Qaraqaşdır bostanım,
İndi gülüstanım Qarapirimdir.

Bir qönçə gülünün tarımarıyam,
Görüm abad olsun ol Qarabağı.
Bir gözəl ceyranın giriftarıyam,
Şənlik olsun dağı, bağı, ovlağı.

Gözlərimdən hər dəm qan-yaş tökülür,
Sərvtək qamətim yaytək bükülür.
Sinəmə çal-çarpaz dağlar çəkilir,
Yadıma düşəndə Çilgəz yaylağı.

Xabları Huridir, Mələk mənzərdir,
Sözləri şirindir, şehdü-şəkərdir.
Cənnəti-Məvadır, Hovzi-Kövsərdir,
Qaraqaş yaylağı, Həmzə bulağı.

Ey Nigari, ömrün erişdi payə,
Salmadı başıma ol sərvi sayə.
Can qurban eylərəm peyki səbayə,
Xəbər versə bir gün ol Qarabağdan.

Ramil CƏBRAYIL // karabakhmedia.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here