Sığınmacıları daşıyan qayıq batıb,15 ölü var
Bizimsesimiz.info // Türkiyənin Kocaeli vilayətində Qara dəniz sahillərində miqrantları daşıyan qayıq qəzaya uğrayıb.
Məlumatına görə, qəza nəticəsində 15 nəfər dəniz sularında boğularaq həyatını itirib.
Vilayətin Sahil Mühafizə Xidmətindən verilən məlumata görə, hazırda 13-15 nəfərin axtarışları davam edir. Axtarışına vertolyotlar da cəlb olunub. Xilasediclər tərəfindən ancaq 40 nəfərin həyatını xilas etmək mümkün olub.