“Şimali İraqda müstəqil bir dövlət qurulmur, daim qanayan bir yara açılır” – Ərdoğan

Bizimsesimiz.info // Şimali İraqda müstəqil bir dövlət qurulmur,  əksinə, daim qanayan bir yara açılır.

SalamNews “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Ərdoğan bildirib ki, Türkiyə keçmişdə atılan addımlara görə təəssüflənmir, amma şərtlər dəyişərsə və İraqın şimalındakı səlahiyyətlilər Ankaranın maraqlarına zidd hərəkət edərsə, o zaman atdıqları addımlara görə cavab verməli olacaqlar.

“Vətənimizi parçalaya bilməyəcəklər, bölə bilməyəcəklər. Buna cəhd edənlər əvəzini çox ağır şəkildə ödəyəcək. Şimali İraqda müstəqil bir dövlət qurulmur, əksinə, daim qanayan bir yara açılır. Bu həqiqəti unutmaq nə bizə, nə də İraqdakı kürd qardaşlarımıza fayda verəcək”,-deyə o bildirib

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir