Şimali Kıbrıs Türk Cümhuriyyətinin yaranmasından 34 il ötür

Bizimsesimiz.info  // Şimali Kıbrıs Türk Cümhuriyyətinin yaranmasının 34-cü ildönümü mərasimlərlə qeyd olunur.

Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı və yoldaşı Məral Akıncı Prezidentlik Sarayında təbrikləri qəbul edib.

Qəbulda Türkiyə Baş nazirinin müavini Rəcəb Akdağ, Cümhurbaşqanlığının Baş katibi Fahri Kasırga, Şimali Kıbrıs Türk Cümhuriyyətinin Baş naziri Hüseyn Özgürgün, Baş nazirin müavini Sərdar Dənkdaş, Türkiyənin Lefkoşadakı səfiri Dərya Kanbay, Baş Qərargah Rəisliyinin ikinci komandiri Ümit Dündar, Cümhuriyyət Xalq Partiyasının Hataydan millət vəkili Mövlud Dudu, Ali Məhkəmə naziri Narin Fərdi Şefik, nazirlər, millət vəkilləri, qurum və quruluşların nümayəndələri və vətəndaşlar iştirak edib.

Mərasim daha sonra Lefkoşa Atatürk abidəsi önündə davam etdirilib, abidənin önünə əklil qoyuyalaraq bir dəqiqəlik süqut elan edilib sonra isə dövlət himni səsləndirilib.

Prezident Mustafa Akıncı xatirə dəftərinə bunları yazıb: “Əziz Atatürk Şimali Kıbrıs Türk Cümhuriyyətinin yaranmasından 34 il ötür. Sənin prinsip və düşüncələrini heç bir təzyiq olmadan ürəkdən mənimsəmiş Kıbrıs Türk xalqı bu torpaqlarda kök salaraq təhlükəsiz şəkildə bir gələcək yaratma mübarizəsini davam etdirir. Demokratik, dünyəvi, sosial bir hüquq dövləti olaraq inkişaf yolundakı mübarizəmiz davam edərkən bir tərəfdən də sənin “Yurtda sülh cahanda sülh” prinsibin istiqamətində cəhdlərimizi davam etdiririk. Bu düşüncələrlə bütün xalqımızla mənəvi hüzurunda hörmətlə baş əyirik. Ruhun şad olsun.”

Türkiyə Dövlət başçısının Baş katibi Kasırga da xatirə dəftərinə bunları yazıb: “ Əziz Atatürk Kıbrıs xalqının şanlı mübarizəsinin ən dəyərli əsəri olan Şimali Kıbrıs Türk Cümhuriyyətinin yaranmasının 34-cü ildönümünü böyük qürurla qeyd edirik. Kıbrıs Türklərinin qətiyyətli mübarizələri nəticəsində əziz şəhidlərimizin canları və qanları bahasına qurulan Şimali Kıbrıs Türk Cümhuriyyəti bu gün olduğu kimi gələcəkdə də Kıbrıslı Türk qardaşlarımızın yanında olmaqda və onları hər sahədə dəstəkləməkdə davam edəcəkdir. Ruhun şad olsun.”

Şimali Kıbrıs Türk Cümhuriyyətinin yaranmasının 34-cü ildönümü üçün Girnə, İskələ, Gazimağusa və Güzəlyurtda da mərasimlər təşkil edilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.